Rusiya Suriyada hərbi gücünü azalda bilər

Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov ölkəsinin Suriyadakı hərbi gücünü azalda biləcəklərini söyləyib.

853881
Rusiya Suriyada hərbi gücünü azalda bilər

Rusiyanın Baş Qərargah rəisi valeri Gerasimov ölkəsinin Suriyadakı hərbi gücünü azalda biləcəklərini söyləyib.

Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov Soçidə qəbul edilən birgə bəyanat çərçivəsində Rusiyanın Suriyadan əsgərlərinin bir hissəsini çəkə biləcəyini və hərbi gücünü ixtisar edə biləcəklərini açıqlayıb.

Soçidə noyabrın 23-də Türkiyə, Rusiya və İranın imzaladığı birgə bəyanatda gərginliyi azaltma prosesilə terror təşkilatlarının məhv edilməsi üçün əməkdaşlığın davam etdiriləcəyi vurğulanmışdı.

Qeyd edək ki, Rusiyanın Suriyadakı hərbçi sayı heç vaxt açıqlanmadı. Ancaq keçən ilki təxminlər bu rəqəmin 4 min 300 qədər olduğunu göstərirdi.

Rusiyanın rəsmi açıqlamalarına görə, Suriyadakı toqquşmalarda ölən rus əsgərlərinin sayı isə 39-dur.



Әlaqәli Xәbәrlәr