Misirdə məscidə bombalı hücum təşkil olundu

Misirin Sina yarımadasında Əl Ravdah məscidinə təşkil edilən bombalı hücumda 235 nəfər həlak oldu, 109 nəfər yaralandı.

854499
Misirdə məscidə bombalı hücum təşkil olundu

Misirin Sina yarımadasında bir məscidə təşkil edilən bombalı hücumda 235 nəfər həlak oldu.
 
 Misir Səhiyyə Nazirliyi hücumda yaralananların sayını isə 109 olaraq açıqladı.
 
 Ariş şəhərinin qərbindəki Bir əl Abeddə yerləşən Əl Ravdah məscidinə hücum cümə namazı əsnasında təşkil olunub.
 
 Şahidlərin verdiyi məlumata görə, 4 maşınla hərəkət edən terrorçular camaatın üstünə əvvəl bomba atıblar, sonra yaylım atəşi açıblar.
  
 Hücuma görə məsuliyyəti hələ üzərinə götürən yoxdur.
 

Ölkədə 3 gün matəm elan edildi.

Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Misirdəki hücumu kəskin şəkildə qınadı.
 
 Bozdağ sosial media hesabında: "Mısır xalqının kədərini bölüşür, Misir hökumətinə baş sağlığı veririk.Türkiyə qardaş Misir xalqının və Misirin yanındadır" yazdı.
 
 Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Twitter hesabından hücumu şiddətlə qınadığını bildirdi.


 Sina yarımadasında daha əvvəl  terror təşkilatı DEAŞ Misir təhlükəsizlik qüvvələrini hədəf alan hücumlar təşkil etmişdi.

 Misirdə prezident Məhəmməd Mursinin 2013-ci ildə devrilməsindən bu yana bölgədəki radikal gruplar terror aksiyaları həyata keçirirlər.



Әlaqәli Xәbәrlәr