ABŞ yenə PKK/PYD-yə silah verdi

Amerika Birləşmiş Ştatları Suriyada dəstəklədiyi separatçı terror təşkilatı PKK/PYD-yə 120 zirehli nəqliyyat vasitəsi verdi.

852252
ABŞ yenə PKK/PYD-yə silah verdi

ABŞ ordusu keçən həftə İraq-Suriya sərhədindəki Simelka qapısından keçirdiyi 120 ədəd zirehli nəqliyyat vasitəsini separatçı terror təşkilatı PKK/PYD-yə təslim etdi.

Terror təşkilatının zirehli vasitələri və yüzlərlə terrorçunu Suriyanın Türkiyə ilə sərhədindəki Afrin rayonuna yerləşdirməyi planlaşdırdığı və bununla bağlı hazırlıq işləri apardığı öyrənildi.

PKK/PYD bunun üçün Bəşər Əsəd rejiminin və İranın dəstək verdiyi qrupların nəzarətində olan Hələb dəhlizindən istifadə etməlidir.

ABŞ daha əvvəl də İraqdan minlərlə tır və yük maşını ilə PKK/PYD-yə silah-sursat və nəqliyyat vasitələri göndərmişdi.

 



Әlaqәli Xәbәrlәr