İran Zahedan-Səbəhar dəmir yolunun çəkilişinə 125 milyon dollar ayırdı

İran “Şimal-Cənub” dəhlizinə daxil olan Zahedan-Səbəhar dəmir yolunun çəkilişinə 125 milyon dollar ayırdı

845406
İran Zahedan-Səbəhar dəmir yolunun çəkilişinə 125 milyon dollar ayırdı

İranın dövlət büdcəsindən Zahedan-Səbəhar dəmir yolunun çəkilişinə 125 milyon dollar vəsait ayrılıb.

Bu barədə məlumat verən İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Xademi qeyd edib ki, 630 kilometrlik yolun çəkilişinə 2014-cü ildə başlanıb. Gələn ilin mart ayında Zahedan-Səbəhar dəmir yolunun 100 kilometrlik hissəsi istismara veriləcək.

Bu yol “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin formalaşmasında mühüm rol oynayır. Belə ki, Hindistandan İrana daxil olan yüklər bu yolla Qəzvin-Rəşt-Astara dəmir yoluna ötürüləcək. Buradan isə yüklər Azərbaycan ərazisindən keçməklə Rusiya, Avropaya və əks istiqamətə daşınacaq.

Zahedan-Səbəhar dəmir yolu Əfqanıstan-İran dəmir yolu xəttini də birləşdirəcək.

 

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr