Kәrkükdә partlayış törәdilib, ölәnlәr var
Mәlumata görә, ilk partlayış kamikadze tərəfindən həyata keçirilib.
841108

İraqın Kərkük şəhərində ardıcıl iki terror aktı törədilib.
Mәlumata görә, ilk partlayış kamikadze tərəfindən həyata keçirilib. Terrorçu özünü insanların çox olduğu ərazidə partladıb.
Digər terror hücumu isə “Həşdi Şabi” könüllü ordusunun ofisinə edilib.
Terror aktları nəticəsində 5 nəfərin öldüyü, 20-dәn çox adamın da yaralandığı bildirilib.