Əsəd rejimi Şərqi Qutaya hücum etdi: 6 ölü

Suriyada Əsəd rejimi qüvvələrinin paytaxt Dəməşqdə deeskalasiya zonalarından biri olan Şərqi Qutanın Duma rayonuna təşkil etdiyi hücumunda 6 nəfər həlak oldu.

839776
Əsəd rejimi Şərqi Qutaya hücum etdi: 6 ölü

Suriyada Əsəd rejimi qüvvələri paytaxt Dəməşqdə deeskalasiya zonalarından biri olan Şərqi Qutanın Duma rayonuna hücum təşkil etdi.


 Müxaliflərin nəzarətində olan Şərqi Quda bölgəsindəki "Ağ Dəbilqəlilər"in rəsmisi  Əhməd Abdullah rejim qüvvələrinin hücumunda biri uşaq və biri qadın olmaqla, 6 mülki vətəndaşın həlak olduğunu, 4 nəfərin də yaralandığını bildirdi.
 
Abdullah yaralıların bölgədəki səhra hospitallarına çatdırıldığını, rejimin rayona qarşı hücumlarında çox sayda yaşayış yerinə maddi zərər dəydiyini qeyd etdi.

 Elektrik və suyun kəsildiyi Şərq Quta bölgəsi 5 ildən çoxdur ki, rejimin mühasirəsi altındadır. Bölgə sakinləri elektriki generatorlardan, suyu isə qazdıqları quyulardan təmin edirlər.
 
 Rejim qüvvələrinin nəzarət məntəqələrindən humanitar yardımların daxil olmasına icazə vermədiyi Şərq Gutada son dövrlərdə qida çatışmazlığı səbəbindən uşaq ölümləri baş verir.
 
Qeyd edək ki,  3-4 may tarixlərində təşkil edilən Astana danışıqlarında Türkiyə, Rusiya və İran  tərəfindən elan edilən dörd deeskalasiya zonalarından biri də Şərqi Qutadlr. Rusiya iyulun 22-də Şərqi Qutada atəşkəsin qüvvədə olduğunu bildirmişdi. Lakin rejimin hücumları fasilələrlə davam edir.



Әlaqәli Xәbәrlәr