Bomba yerləşdirilmiş neft tankeri partlayıb, ölənlər var
Əfqanıstanın paytaxtı Kabil yaxınlığında yanacaq daşıyan bir tankerə yerləşdirilmiş bombanın partlaması nəticəsində 8 nəfər həyatını itirib.
839103

Parvan Baş polis idarəsinin direktörü Zaman Məmuzay hadisənin Çarikar şəhərində baş verdiyini bildirib.
Mamuzayın məlumatına görə, partlayış zamanı yoldan keçən bir avtobus ilə bəzi avtomobillərin yanması nəticəsindi 25 nəfər də yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.