ABŞ İran Ordusu üçün yeni sanksiyalar qəbul etdi

Amerika Birləşmiş Ştatları terroru dəstəklədiyi iddiasıyla İran İnqilab Mühafizəçiləri Ordusu üçün yeni sanksiyalar qəbul etdi.

838736
ABŞ İran Ordusu üçün yeni sanksiyalar qəbul etdi

 ABŞ Maliyyə Nazirliyindən verilən məlumatda bildirilir ki, İran İnqilab Mühafizəçiləri Ordusuna bağlı bəzi birliklər sanksiyalar siyahısına əlavə olunub. Yeni sanksiyalar çərçivəsində arasında İran İnqilab Mühafizəçiləri Ordusunun baş komandanı Məhəmməd Əli Cəfərinin də olduğu 5 komandan siyahıya daxil edilib.

  Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 13 oktyabrda Konqresdən İran Nüvə Müqaviləsini yenidən nəzərdən keçirməyi tələb edərək İranı "terrorizmi dəstəkləmək və bölgəni qarışdırmaqda" təqsirləndirib.



Әlaqәli Xәbәrlәr