Həsən Ruhani: "Raket istehsal etmişik, edirik və etməyə də davam edəcəyik"

İran prezidenti Həsən Ruhani Amerika Birləşmiş Ştatları Konqresinin İranın raket proqramı ilə bağlı verdiyi qərara sərt reaksiya göstərdi.

836498
Həsən Ruhani: "Raket istehsal etmişik, edirik və etməyə də davam edəcəyik"

İran prezidenti Həsən Ruhani Amerika Birləşmiş Ştatları Konqresinin İranın raket proqramı ilə bağlı verdiyi qərara sərt reaksiya göstərdi.
 
İran prezidenti Həsən Ruhani parlamentin iclasında çıxış edərək İran raket programının beynəlxalq qaydalara və Birləşmiş Millətlər Təşkilatının 2231 saylı qərarına zidd olmadığını və müdafiə məqsədi daşıdığını bildirdi.
 
 Ruhani:"Xalqımızı və ərazi bütövlüyümüzü müdafiə etmək üçün ehtiyac duyduğumuz hər növ silahı istehsal etməyə davam edəcəyik. Vaxtı gələndə özümüzü müdafiə etmək üçün bu silahlardan  istifadə etməyə çəkinməyəcəyik" dedi.
 
İran prezidenti çıxışında  ölkəsi ilə 2015-ci ildə bağlanan nüvə müqaviləsindən də danışaraq:" Düşmənlərimiz hər növ ehmalın zərərlərinə olacağını və İranın buna mütləq cavab verəcəyini bilməlidirlər" ifadəsini işlətdi.
 
ABŞ qanunlarına görə, ölkə prezidenti hər 90 gündə bir  İranın nüvə müqaviləsinə uyğun gəldiyini Konqresə bildirməlidir. Lakin Donald Trump oktyabrın 13-də verdiyi  son dəyərləndirmədə bunu təsdiq etmədi.
 
 Ruhani çıxışında ABŞ prezidentinə müraciət edərək:"Təhlükəsizlik Şurasının təsdiq etdiyi müqavilələrə hörmət göstərmirsiniz. Bu vəziyyətdə  digərlərinin sizinlə danışıqlar masasına oturmasını necə gözləyə bilərsiniz" deyə soruşdu.
 
 İran prezidenti Həsən Ruhani daha sonra Tehranda Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amano ilə bir araya gəldi.
 
 Amano İranın nüvə müqaviləsinə dair öhdəliklərini yerinə yetirdiyini bildirdi.
 
 Avropa ölkələri Trump rəhbərliyinin müqavilənin dayandırılması planlarına qarşı çıxırlar.



Әlaqәli Xәbәrlәr