Saat hərbi bazasına nəzarət ələ alındı

İraq qüvvələri Enbar bölgəsində yerləşən Saat hərbi bazaya nəzarəti terror təşkilatı DEAŞ-dan geri alıb.

834891
Saat hərbi bazasına nəzarət ələ alındı

İraq Müdafiə Nazirliyi yanında Müharibə Mediası Şəbəkəsinin məlumatına görə, İraq qüvvələri H1 stansiyası, Əl-Vez kəndi, Hüseyniyat və Nadirə səmtləriylə Kənd Təsərrüfatı Araşdırmaları İdarəsinə nəzarəti ələ keçiriblər.

Saad Hərbi Bazanın da DEAŞ-dan təmizləndiyi ifadə edilən açıqlamada təhlükəsizlik qüvvələrinin irəliləyişinin davam etdiyi bildirilib.

İraq Baş naziri Heydər əl-İbadi isə bu gün səhər bildirmişdi ki, səhər radələrində, DEAŞ-ın son qalası Kaimə də nəzarətin ələ keçirilməsi üçün əməliyyat başladılıb.



Әlaqәli Xәbәrlәr