“Terror təşkilatı DEAŞ-a qarşı həyata keçirilən əməliyyat yaxın zamanda tamamlanacaq”, S.Lavrov

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Suriyada terror təşkilatı DEAŞ-a qarşı həyata keçirilən əməliyyatın yaxın zamanda tamamlanacağını bildirib.

830716

Lavrov bunu ölkəsində səfərdə olan BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura ilə görüşü zamanı deyib.

Lavrov bildirib ki, Suriyadakı vəziyyət terrora qarşı mübarizədəki yekun uğurun əldə edilməsi çərçivəsində son mərhələsinə yaxınlaşıb. Terror təşkilatları DEAŞ və Əl Nusraya qarşı mübarizə aparan bütün tərəflərin səyləri ilə terrorçuları məğlub etmək mümkün oldu. Bütün bunların yaxın zamanda başa çatağını güman edirim.

Lavrov Suriya böhranının həlli ilə əlaqəli prosesin fəal hala gətirilməsinə dəstək verdiklərini də sözlərinə əlavə edib.

Әlaqәli Xәbәrlәr