Kərkükdə polis məntəqəsinə hücum təşkil edilib, ölən var

İraq Silahlı Qüvvələrinin nəzarətində olan Kərkükdə polis əməkdaşlarına silahlı hücum edilib.

830895
Kərkükdə polis məntəqəsinə hücum təşkil edilib, ölən var
kerkuk siviller.jpg

Azadi Polis məntəqəsi işçisi zabit Nejdet Vindavinin məlumatına görə türkmənlər, ərəblər və kürdlərin birlikdə yaşadığı şəhərdə polislərə edilən hücum nəticəsində bir polis ölüb, 4-ü yaralanıb.

Anadolu Agentliyi hücumun hədəfinin mərkəzi hökumətin polis əməkdaşları olduğunu açıqlayıb. Məsud Bərzaninin “Rudaw” televiziyası isə hücumu “könüllü” kürd döyüşçülərin təşkil etdiyi barədə məlumat yayıb.

 Qeyd edək ki, mübahisəli “müstəqillik” referendumundan sonra Kərkükdə gərginlik səngimək bilmir. Şəhərin müxtəlif yerlərində mütəmadi atışmalar olur. Şəhərdə gərginlik müşahidə olunsa da, həyat normal axarı ilə davam edir. Kərkükün bütün dükan-bazarlarında İraq bayraqları satılır.

 

 



Әlaqәli Xәbәrlәr