BMT-nin Baş katibi Antonio Quterreş Misturanı səylərini atırmağa çağırdı

BMT-nin Baş katibi Antonio Quterreş Suriya üzrə xüsusi nümayəndə Misturadan  bu ölkədəki son vəziyyət çərçivəsində Cenevrədə baş tutan sülh danışıqlarının yenidən keçirilməsi üçün səylərini artırmasını istəyib.

829894

Baş katibin sözçüsü Stephane Dujarric bəyanat yayaraq bildirib ki, Quterreş Rakkadakı vəziyyəti yaxından təqib edir. Baş katib tərəflərə mülki şəxslərin qorunması, humanitar yardım və insan haqları hüququna əməl etmə məsuliyyətlərini xatırladıb və yaxın zamanda Rakkaya humanitar yardım çatdırılmasına imkan yaradılması üçün çağırış edib.

“Suriyadakı son vəziyyət bir daha siyasi prosesə fəallıq qazandırılmasına ehtiyac olduğunu göstərir. Baş katib BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Misturaya Suriya danışıqlarının Cenevrə bəyannaməsi və BMT təhlükəsizlik Şurasının əlaqəli qərarları çərçivəsində yenidən başladılması üçün səylərini artırma təlimatı verdi”-deyə Baş katibin sözçüsü Stephane Dujarric vurğulayıb.

Әlaqәli Xәbәrlәr