İraq Ordusu Peşmerge qüvvələrini sıxışdırır

İraqdakı qeyri-qanuni referendumdan sonra Kərkük bölgəsində təzyiq yüksəlib.

827162
İraq Ordusu Peşmerge qüvvələrini sıxışdırır

   Səlahəddin şəhərinin Tuzhurmatu rayonunda Peşmerge ilə Haşdi Dabağı qüvvələri arasında çıxan qarşıdurmadan sonra tərəflər indi də Kərkükdə üz-üzə dayanıb.

  İraq ordusunun Kərkükdəki Peşmerge qüvvələrindən şəhərdəki hava limanı və cənub-qərb cəbhələrdən çəkilməsini tələb edib. Əks təqdirdə əməliyyata başlayacağını bildirib. Peşmerge isə bu tələbləri rədd edib.

  Anadolu Agentliyinin xəbərinə görə, İraq Ordusuna bağlı qüvvələr Kərkükün cənubundakı Meyrem Beg cəbhəsinə qarşı hərbi gücünü artırıb. Peşmerge ilə İraq ordusuna bağlı Haşdi Dabağı qüvvələri arasındakı məsafənin 10 metrə qədər azalıb.

  İraq döyüş təyyarələri Kərkük üzərində alçaq uçuşlar edir.

 



Әlaqәli Xәbәrlәr