"ABŞ-ın İrana qarşı bu fikri müharibə elanı sayılır”, Ə.Ə.Salehi

İran Atom Enerjisi qurumunun başçısı P5+1 ölkələri kimi tanınan BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ilə yanaşı Almaniya da daxil olmaqla 2015-ci ildə imzalanan nüvə müqaviləsinin aqibətilə bağlı İngiltərə Xarici İşlər naziri Boris Consonla görüşüb.

826123
"ABŞ-ın İrana qarşı bu fikri müharibə elanı sayılır”, Ə.Ə.Salehi

 İran Atom Enerjisi qurumunun sədri Əli Əkbər Salehi nüvə müqaviləsinin qüvvədə qalması üçün Avropada dəstək axtarır.

  İngiltərəni paytaxtı Londonda Ə.Ə.Salehi P5+1 ölkələri kimi tanınan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 5 daimi üzvü ilə yanaşı Almaniya da daxil olmaqla 2015-ci ildə imzalanan nüvə müqaviləsinin aqibətilə bağlı İngiltərə Xarici İşlər naziri Boris Consonla görüşüb.

  İran Atom Enerjisi qurumunun başçısı daha sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb, görüşdəki söhbətindən əsas məqamları jurnalistlərə çatdırıb:  

  “İran İnqilab Mühafizləri ordusunun terror siyahısına salınma fikri ABŞ-ın İran xalqına qarşı düşmənçilik mövqeyinin bir əsəridir. Hər ölkənin ordusu və silahlı qüvvələri o ölkənin təminatıdır. Bu fikir müharibə elanı sayılır”.

  İranın nüvə müqaviləsi həm də Rusiyanın gündəmindədir. Rusiya Xarici İşlər Nazirliyi ölkənin Xarici İşlər naziri Sergey Lavrovun ABŞ-lı həmkarı Reks Tillersonla bu barədə danışdığını bildirib: “2015-ci ildə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qəbul etdiyi İranın nüvə proqramı ilə bağlı danışıldı. S.Lavrov Rusiyanın İranla bütün öhdəliklərə sadiq qaldığına diqqət çəkib və müqaviləyə digər tərəflərin də ehtiram göstərilməsinin lazım olduğunu vurğulayıb".

 



Әlaqәli Xәbәrlәr