"Rusiya ABŞ-ın İranla bağlı bu hərəkətinə çox pis baxır", Z.Kabulov

Amerika Birləşmiş Ştatlarının İran İnqilab Mühafizləri ordusunu terror təşkilatları siyahısına salma sözlərinə Rusiyadan sərt reaksiya gəlib.

824580
"Rusiya ABŞ-ın İranla bağlı bu hərəkətinə çox pis baxır", Z.Kabulov

   Rusiya hökumətinin Əfqanıstan üzrə Xüsusi Nümayəndəsi Zamir Kabulov deyib: “Rusiya ABŞ-ın İran İnqilab Mühafizləri ordusunu terror təşkilatları siyahısına salma fikrinə çox pis baxır. Çünki İran İnqilab Mühafizləri terror təşkilatı deyil. Rəsmi Vaşinqtonun bütün bu addımları İranla aparılan nüvə müqaviləsini pozmağa yönəlib. Və əgər İran İnqilab Mühafizləri terror təşkilatları siyahısına daxil edilərsə, Suriyaya da təsirini göstərəcək.”

  Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu həftə İranla P5+1 ölkələri arasında keçirilən 2015-ci il tarixli nüvə sazişini ləğv edəcəyi və İran İnqilab Mühafizləri ordusunu terror təşkilatları siyahısına salacağı ilə İranı hədələyib.



Әlaqәli Xәbәrlәr