Mәsud Bәrzani İraq Mәclisinin sәdrı ilә görüşdü

İraq Kürd Regional Rәhbәrliyinin başçısı Mәsud Bәrzani  İraq Mәclisinin sәdri Sәlim әl-Cuburi ilә görüşüb.

822666
Mәsud Bәrzani İraq Mәclisinin sәdrı ilә görüşdü

İraq Kürd Regional Rәhbәrliyinin başçısı Mәsud Bәrzani  İraq Mәclisinin sәdri Sәlim әl-Cuburi ilә görüşüb.

Bu barәdә Bәrzaninin ofisindәn verilәn açıqlamada bildirilib.

Әrbilin Sәlahәddin qәsәbәsindәki  Baş Nazirlik binasında baş tutan görüş mәtbuat üçün qapalı keçirilib.

Görüşdә İraqdakı siyasi proseslәr vә  İraq Kürd Regional Rәhbәrliyinin keçirdiyi qanunsuz müstәqillik referendumu mәsәlәlәrinin  müzakirә olunduğu bildirilib.

Bәrzani vә Cuburi Bağdad ilә Erbil arasındakı problemlәrin hәll edilmәsi üçün hәr iki tәrәfin iştirakı ilә açıq görüşün  keçirilmәsi mәsәlәsindә hәmfikir olduqlarını bildiriblәr.



Әlaqәli Xәbәrlәr