"ABŞ ordusu DAEŞ terror təşkilatıyla eyni sayılacaq", M.Ə.Cəfəri

Amerika Birləşmiş Ştatlarının İran İnqilab Mühafizəçilərini terror təşkilatı siyahısına salacağı iddiaları iki ölkə arasında gərginliyi artırıb.

"ABŞ ordusu DAEŞ terror təşkilatıyla eyni sayılacaq", M.Ə.Cəfəri

  İran İnqilab Mühafizəçiləri Ordusu komandanı Məhəmməd Əli Cəfəri: “Əgər ABŞ belə edərsə, o zaman ABŞ ordusu DAEŞ terror təşkilatıyla eyni sayılacaq", - deyib.

  M.Ə.Cəfəri bunları da bildirib ki: “ABŞ İrana təzyiq göstərərək regional məsələləri müzakirə etməyi düşünməməlidir. ABŞ rəhbərliyi “terror təşkilatı siyahısına alma” əməllərinə əl atsa, İran bunu Vaşinqtonun nüvə müqaviləsindən təktərəfli olaraq çəkilməsi olaraq görəcək. ABŞ İrana yenidən sanksiyalar tətbiq edərsə, bu, iki ölkə arasındakı qarşılıqlı əlaqələri pozacaq.”

  ABŞ prezidenti Donald Trampın hərəkətini Cəfəri "axmaqcasına" adlandırıb.

  Qeyd edək ki, İran prezidenti Həsən Ruhani ABŞ-lı həmkarı Donald Trampın İranla nüvə müqaviləsini poza biləcəyilə bağlı şərhlərinə reaksiya göstərərək: "Dünyaya 10 Tramp da gəlsə, bunlar geri alına bilməz", - deyib.



Әlaqәli Xәbәrlәr