Rəsmi Bağdad bölgədə qalan xaricilərin ölkələrinə getmələrinə icazə verdi

Rəsmi Bağdad qanunsuz referendumdan sonra İKRR daxilindən və xaricindən olan bütün beynəlxalq uçuşları təxirə salmışdı.

818628
Rəsmi Bağdad bölgədə qalan xaricilərin ölkələrinə getmələrinə icazə verdi

İraq sentyabrın 25-də qeyri-qanuni müstəqillik referendumu keçirən İraq Kürd Regional Rəhbərliyinə (İKRR) istipamətli sanksiyalar çərçivəsindəki beynəlxalq uçuş qadağasına görə bölgədə qalan xaricilərin Bağdad üzərindən ölkələrinə gətmələrinə icazə verdi.

Ölkəyə İKRR üzərindən girən xaricilər regional rəhbərliyin verdiyi vizaları olmalarına görə İraqın digər bölgələrinə girə bilmirdilər.

İraqın Daxili İşlər naziri Kasım əl Araci jurnalistlərə açıqlamasında “ hər kəs hər hansı cərimə yaxud çıxış vizası üçün pul ödəmədən, Bağdad üzərindən ölkədən ayrıla bilər” deyib.

Rəsmi Bağdad qanunsuz referendumdan sonra İKRR daxilindən və xaricindən olan bütün beynəlxalq uçuşları təxirə salmışdı.



Әlaqәli Xәbәrlәr