Kürd idarəçiliyi ərəb və türkmən ailələrini Kərkükdən sürgün edir

İraq Kürd Regional İdarəçiliyi Peşmerge və Asayiş hərbi qüvvələrinin 25 sentyabrda keçirilən qeyri-qanuni müstəqillik referendumundan sonra onlarla ərəb və türkmən ailəni Kərkükdən köçməyə məcbur edilir.

818682
Kürd idarəçiliyi ərəb və türkmən ailələrini Kərkükdən sürgün edir

  İngiltərənin “El Kuds El Arabi qəzetində yazılana görə, 58 ailə Kərkükdən didərgin salınaraq zorla şəhərin 174 kilometr cənubuna göndərilib. Ailələr artıq Diyala vilayətinin Mikdadiye rayonuna çatıblar.

  Kərkükdən didərgin düşən ərəb ailələr təhlükəsizlik qüvvələrinin onları bəzi sənədlərə imza atmağa məcbur etdiklərini bildiriblər. Daha sonra bu sənədlərin qanunsuz referendumunda iştirak və razılıq sənədləri olduğu məlum olub.

    İraq Kürd Regional İdarəçiliyi təhlükəsizlik qüvvələri həmçinin köçürülən ailələrin evlərinə qırmızı boyayla "N" hərfi yazırlar. Bunun nə demək olduğu isə hələ bilinmir.



Әlaqәli Xәbәrlәr