“İki ölkə mövcud təhdid və təhlükələrə qarşı hərbi sahədə əməkdaşlığı gücləndirəcək”

İranda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar iki ölkənin mövcud təhdid və təhlükələrə qarşı hərbi sahədə əməkdaşlığı inkaşaf etdirəcəklərini söyləyib.

818574
“İki ölkə mövcud təhdid və təhlükələrə qarşı hərbi sahədə əməkdaşlığı gücləndirəcək”

İranda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar iki ölkənin mövcud təhdid və təhlükələrə qarşı hərbi sahədə əməkdaşlığı inkaşaf etdirəcəklərini söyləyib.

Hulusi Akarİranın paytaxtı Tehrandakı İranın Baş Silahlı Qüvvələrinin Qərargahında iranlı həmkarı Məhəmməd Baqiri ilə ikitərəfli və heyətlər arasında keçirələn görüşlərdən sonra keçirələn mətbuat konfransında Trükiyə və İranın əsrlərdir dost və ortaq dəyərlərə sahib iki ölkə olduqlarını bildirib.

Terrorla mübarizədə və sərhədlərin təhlükəsizliyi məsələsini vurğulayan Akar deyib ki, siyasi və iqtisadi əlaqələrlə yanaşı hərbi ələqalərəmizi də inkişaf etdiririk. Xüsusilə qarşıdan gələn günlərdə terrorla mübarizə və bununla əlaqəli olaraq sərhədlərin təhlükəsizliyi mövzularında razılıq əldə etdik.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Baqiri isə öz növbəsində görüşlərdə iki ölkə üzün təhdid təşkil edən mövzuların müzakirə olunduğunu, iki ölkənin də İraq Kürd Regional Rəhbərliyinin (İKRR) sentyabrın 25-də keçirilən qanunsuz referenduma qarşı ortaq mövqe ortaya qoyduqlarını söyləyib.

Baqiri İraqın torpaq bütövlüyü və referendumun qəbul edilməməsi mövzularında iki ölkənin eyni mövqedə olduğunu, İraq və Suriya ordusunun DEAŞ-la mübarizəsi və bu iki lökənin təcili olaraq sülh və dincliyə qovuşması mövzularında fikir mübadiləsi apardıqlarını dilə gətirdiklərini bildirib.

İki ölkə və İslam ölkələri silahlı qüvvələrinin əməkdaşlıqlarını güvləndirmələri məsələsinə də toxunduqlarını vurğulayan ordu generalı Myanmaya yardım və buna oxşar problemlərin İslam ölkələri və başqa ölkələrdə təkrarlanmaması üçün fikir mübadiləsi apardıqlarını da söyləyib.

Baqiri iki ölkə arasında hərbi sahədəki ələqalərin gücləndiriləcəğini qeyd edərək: “Hərbi təlim, təcrübələrimizin bölüşülməsindən danışdıq. Bunlar və başqa mövzular Cənab Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın oktyabrın 4-də İrana reallaşdıracağı səfrə zamanı da müzakirə olunacaqdır.” deyib.

Akarın prezident Həsən Ruhani, İranın Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmhani və Müdafiə naziri Əmir Hatəmi ilə də bir araya gələcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr