Heydәr әl-Abadi vә Әhmәd Әbul Qayt arasında telefon danışığı olub

İraq baş naziri Heydәr әl-Abadi  vә Әrәb Birliyinin baş katibi Әhmәd Әbul Qayt arasında telefon danışığı olub.

817893
Heydәr әl-Abadi  vә Әhmәd Әbul Qayt arasında telefon danışığı olub

İraq baş naziri Heydәr әl-Abadi  vә Әrәb Birliyinin baş katibi Әhmәd Әbul Qayt arasında telefon danışığı olub.

Bu barәdә İraq Nazirlәr Kabinetindәn verilәn  mәlumatda bildirilib. Mәlumata görә, tәrәflәr gözüş zamanı İraq Kürd Regional Rәhbәrliyinin sentyabrın 25-dә keçirdiyi qanunsuz müstәqillik referendumundan sonrakı vәziyyәti müzakirә ediblәr.

Әrәb Birliyinin referenduma qarşı olan mövqeyini tәkrarlayan Әbul Qayt İraqdakı proseslәrә, DEAŞ-a qarşı aparılan mübarizәyә vә ölkәnin әrazi bütövlüyünün  qorunmasına  böyük әhәmiyyәt verdiklәrini qeyd edib.

Heydәr Әl-Abadi isә DEAŞ-a qarşı aparılan mübarizәdә әldә edilәn uğurlara toxunub vә baş verәn qarşıdurmaların mübarizәyә mәnfi tәsiri olmayacağını deyib.



Әlaqәli Xәbәrlәr