İraq Kürd regional rəhbərliyinə 3 gün möhlət verib

İraq Baş naziri Heydər Əl İbadi bildirib ki, əgər Ərbil üç gün ərzində hava limanlarına nəzarəti İraq hökumətinə təhvil verməsə, Bağdad kürd muxtariyyəti ilə avia əlaqələri kəsəcək.

815015
İraq Kürd regional rəhbərliyinə 3 gün möhlət verib

Baş nazir İbadi təşkil etdiyi mətbuat konfransında müstəqillik referundumun bütün İraq xalqına və Kürd regional rəhbərliyinə mənfi təsirinin olacağını ifadə edərək: İraqın ərazi bütövlüyü və suverenliyindən əsla güzəştə getmiyəcəyik. Referundumun nəticəsi hər nə olarsa olsun müzakirə etməyəcəyik. Bəzi kürd rəsmilər İraq vətəndaşları arasında kin-küdrət yaratmaq istəyirlər. Lakin biz Kürd vətəndaşlarımız başda olmaqla heç bir İraqlının şərəf və qüruruna zərbə endirilməsinə icazə vermiyəciyik. konstitusiyaya əsasən federal büdcə mərkəzi hökümətə qaytarılmalıdır. Kürd muxtariyyətinin səlahiyyətlilərindən bölgənin bütün sərhəd məntəqələrinə, hava limanlarına nəzarəti İraq hökumətinə təhvil verməyi, xarici ölkələrdən isə muxtariyyətlə neft sahəsindəki əməkdaşlığı kəsməyi tələb edirik”.

Qeyd edək ki, dünən İraqın Kürd muxtariyyətində müstəqillik barədə referendum keçirilib. Türkiyə və İraq referendumun qanunsuz olduğunu, nəticələrini tanımayacaqlarını bəyan ediblər.

 



Әlaqәli Xәbәrlәr