Kərkükdə fvöqəladə vəziyyit elan olunub

İraq Kürd Regional Rəhbərliyində ötən gün geyri ligitim olaraq müstiqqillik referendumu keçirilərkən,Kərkük şəhərində fövqəladə vəziyyət elan olundu, komendant saatı tətbiq edildi.

814135
Kərkükdə fvöqəladə vəziyyit elan olunub

Bu barədə Kərkük şəhər icra hakimiyyətinin başçısı Nəcməddin Kərim məlumat verib. Kərim Kərkükdəki azlıqlara, xüsusilə də türkmənlərə zərər verilməsinə icazə vermiyəcəklərini qeyd edib.

Kərkük Şəhər Polis İdarəsinin mətbuat katibi Əfrasiyab Kamil də referendumdan sonra baş verə biləcək hansısa təxribatın qarşısının alınması məqsədilə əhaliyə gecə saatlarında küçəyə çıxmamaqla bağlı xəbərdarlıq olunub, şəhərin mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Digər tərəfdən BMT, ligitim olmayan müstəqillik referendumuna Kərkük şəhərinin də daxil edilməsinə sərt reaksiya verib.

BMT Baş katibinin sözcüsü, Mübahisəli bölgələrdə, xüsusilə də Kərkükdə, referendum təşkil etmək sabitliyin pozulmasına gətirib çıxaracağını qeyd edib.

 



Әlaqәli Xәbәrlәr