Suriyada 2 min 286 dinc sakin ölüb

3 il əvvəl ABŞ-nın rəhbərliyindəki beynəlxalq koalisiya qüvvələrinin Suriyada terror təşkilatı DEAŞ-a istiqamətli başlatdığı avia hücumlarda ölən dinç sakinlərin sayı 2 min 286 nəfərə çatıb.

813286
Suriyada 2 min 286 dinc sakin ölüb

Suriya İnsan Haqqları bürosunun hesabatına görə, ölənlərdən 674-ü uşaq, 504-ü qadındır. Koalisiya qüvvələrinin hücumları nəticəsində 2014-cü il 67, 2015-ci il 242, ötən il isə 562 və bu il 23 sentyabra qədər min 415 dinc sakin həyatını itirib. Hücumlar zamanı məscid, xəstəxana, məktəb  və 157 mülki müəssisə dağılıb.

Koalisiya qüvvələrinin 2015-ci ilin sonuna qədər həyata keçirdiyi hücumlardan  daha  az   dinc sakinin  təsirləndiyinə diqqət çəkilən hesabatda, ABŞ-ın "DEAŞ-a qarşı mübarizə etməsi üçün terror təşkilatı PKK / PYD-yə dəstəyinin artmasıyla zərər-ziyanın və dinc əhali itkisinin də artdığı vurğulanıb.

 



Әlaqәli Xәbәrlәr