Kərkükdə qarşıdurma təhlükəsi barədə xəbərdarlıq

İraqda müxalifətin başına keçən Goran (Dəyişim) Hərəkatı və İslam Cəmiyyəti Partiyası (Komel) bir daha 25 sentyabr referendumunun təxirə salınmasını tələb etdilər.

811015
Kərkükdə qarşıdurma təhlükəsi barədə xəbərdarlıq

İraqda müxalifətin başına keçən Goran (Dəyişim) Hərəkatı və İslam Cəmiyyəti Partiyası (Komel) bir daha 25 sentyabr müstəqillik referendumunun təxirə salınmasını tələb etdilər.

İki partıyanın adından yayılan ortaq bəyanatda deyilir: " Referendum milli hədəflərin əldə olunması üçün vasitədir. Lakin bu növ qarışıq və gələcəyin qeyri-müəyyən olduğu bir zamanda referendumun keçirilməsi milli hədəflərə çatmaq strategiyasına uyğun olmamaqla yanaşı, xalqımızın bu günü və gələcəyini təhlükəyə atan bir addımdır. Referendum Kərkük və mübahisəli bölgələrdə keçirilərsə, müharibə və gərginlik çıxar, o bölgələrin itirilməsi riski yaranar. Peşmərgənin İraq ordusu və silahlı qruplarla toqquşması halında İraqın şimalında sabitlik pozular. Xalqın həyatını yaxşılaşdırmaq adı ilə atılan bu addım əksinə, çiyinlərdəki yükü artıracaq və daha çətin bir vəziyyətin yaranmasına səbəb olacaq".

Bəyanatda beynəlxalq cəmiyyətin vasitəçilik təkliflərinin qəbul olunması və referendumun təxirə salınması tələb edilir.

 

 



Әlaqәli Xәbәrlәr