İdlibә endirilәn zәrbәlәr nәticәsindә 2 nәfәr hәlak olub

Aviya zәrbәlәr müxalifәt qüvvәlәrinin nәzarәtindәki kәndlәrә endirilib.

811026
İdlibә endirilәn zәrbәlәr nәticәsindә 2 nәfәr hәlak olub

Suriyanın İdlib şәhәrinә endirilәn zәrbәlәr nәticәsindә azı 2 nәfәr hәlak olub, çox sayda adam da yaralanıb.

Aviya zәrbәlәr müxalifәt qüvvәlәrinin nәzarәtindәki kәndlәrә endirilib.

Qeyd edәk ki, dünәn hücuma mәruz qalan 13 bölgәdә 7 nәfәr hәlak olmuşdu.

Yerli mәnbәlәrin mәlumatına görә, Sukeyk, Habit vә Hamidiyә kәndlәri ilә Ter Ay bölgәsinә Bәşәr Әsәd rejiminә mәxsus döyüş tәyyarәlәri tәrәfindәn zәrbәlәr endirilib.

2015-ci ilin mart ayından etibarәn müxalifәt qüvvәlәrinin nәzarәtinә keçәn İdlib şәhәri tez-tez rejim qüvvәlәrinin hücumlarına mәruz qalır.

Rejim qüvvәlәrinin aprelin 4-dә Xan Şeyhun bölgәsinә tәşkil etdiyi hücum nәticәsindә 100 dinc sakin hәlak olmuşdu.



Әlaqәli Xәbәrlәr