"Məqsədimiz bütün dünyaya müstəqillik istədiyimizi bildirməkdir",M,Bərzani

İraq Kürd Regional İdarənin rəhbəri Məsud Bərzani yerini tutacaq bir seçim təqdim edilməyəcəyi təqdirdə 25 sentyabrdakı referendumu təxirə salmağın qeyri-mümkün olduğunu bildirdi.

810491

Bərzani Ərbilin Soran qəsəbəsində iştirak etdiyi “bəli” mitinqində etdiyi çıxışda referendumun sadəcə “Görün referendum keçirilir” deyə keçirmədiklərini deyib. Referendumdan məqsədlərinin bütün dünyaya müstəqillik istədiklərini bildirmək olduğunu vurğulayıb.

Problemlərinin beynəlxalq ictimaiyyətlə yox, sadəcə İraq rəhbərliyi ilə olduğunu qeyd edən Bərzani 25 sentyabr referendumunu təxirə salmanın ancaq mərkəzi idarə ilə referenduma bərabər bir razılıq əldə olunmasından asılı olduğuna diqqət çəkib.

Bərzani iki-üç gün ərzində referendumun  təxirə salınması üçün təklif təqdim ediləcəyi təqdirdə 25 sentyabrda bunu qeyd edəcəklərini, əks təqdirdə referendum keçiriləcəyini söyləyib.

Bərzani konkret zamənatlər istədiklərini  də sözlərinə əlavə edib.

Әlaqәli Xәbәrlәr