İraq Milli Tәhlükәsizlik Şurası İKRR-nin keçirmәyi planlaşdırdığı referendumu rәdd edib

İraq Milli Tәhlükәsizlik Şurası İraq Kürd Regional Rәhbәrliyinin sentyabrın 25-dә keçirmәyi planlaşdırdığı referendumu konstitusiyaya zidd olduğu üçün rәdd edib.

808776

Bu barәdә İraq baş naziri Hedәr әl-Abadinin ofisinin mәtbuat xidmәtindәn verilәn mәlumata bildirilib.

Mәlumatda: ‘‘İraq Milli Tәhlükәsizlik Şurası İraq Kürd Regional Rәhbәrliyinin keçirmәyi planlaşdırdığı referendumu konstitusiyaya zidd olduğu üçün rәdd etdi. Bu hәmçinin ölkәnin milli tәhlükәsizliyi vә hazırkı  ictimai quruluşuna qarşı tәhdiddir’’ deyә qeyd olunub.

‘‘Şura hәmçinin ölkәnin tәhlükәsizliyini riskә atmaq әvәzinә problemlәri dialoq yolu ilә hәll etmәyin әhәmiyyәtinә toxunub’’,- deyә mәlumatda bildirilib.

Әlaqәli Xәbәrlәr