Ərəb Dövlətləri Liqası da İraq Kürd Regional İdarənin referendum qərarına etiraz etdi

Ərəb Dövlətləri Liqası İraq Kürd Regional İdarənin sentyabrın 25-də keçirməyi planlaşdırdığı müstəqillik referendumunun qanuni olmadığını bildirdi.

806411

İraqın Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Camalın yaydığı bəyanada əsasən, ölkənin xarici işlər naziri İbrahim Cəfərinin istəyinə görə yığıncaq keçirən Ərəb Dövlətləri Liqasının Nazirlər Şurası İraq Kürd Regional İdarənin sentyabrın 25-də keçirməyi planlaşdırdığı müstəqillik referendumu rədd edərək, bunun İraqın qanunlarına zidd olduğuna dair qərar qəbul etdi.

Camal qərarda həmçinin İraqın bölgənin təhlükəsizliyi və sabitliyi üçün əsas olan vahidliyin daşıdığı əhəmiyyəti vurğulayaraq, bu birliyin pozulmasının terrorla mübarizədə bölgə ölkələri və xalqlarının gücünə qarşı təhlükə təşkil edəcəyinin izah edildiyini bildirdi.

Әlaqәli Xәbәrlәr