“Türkiyə ilə əlaqələrimiz inkişaf etməyə başladı”, B.Qasımi

İran xarici işlər nazirinin sözçüsü Behran Qasımi Türkiyə ilə əlaqələrin inkişaf etməyə başladığını və bunun yaxın aylarda keçiriləcək ali səviyyəli səfərlərlə daha da güclənəcəyini ifadə edib.

804992

Sözçü Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və iranlı həmkarı Həsən Ruhaninin İslam Əməkdaşlıq Təşkilatının sammitinə görə səfərdə olduqları Qazaxıstandakı ikitərəfli görüş keçirdiklərini xatırladıb.

Ruhaninin həmin görüşdən sonra bəyan etdiyi “Türkiyə-İran əlaqələri yeni dövrə qədəm qoymuşdur” sözlərini dəyərləndirən Qasımi son aylarda ikitərəfli əlaqələrdə yeni addımlar atıldığını vurğulayıb. O deyib ki, yüksək səviyyəli görüşlər qarşıdan gələn aylarda da davam edəcək. İkitərəfli əlaqələrdə yeni atmosfer hökm sürür. İki ölkə bölgədə və qlobal sahədə yaranan yeni şərtlərə görə qarşılıqlı olaraq bir-birinin mövcud gücündən istifadə etmək istəyir.

Әlaqәli Xәbәrlәr