Suriyada partlayış nəticəsində ölənlər olub

Suriyanın şimalında yerləşən İdlib şəhərinin mərkəzindəki stadion yaxınlığında baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, bir nəfər yaralanıb.

802271
Suriyada partlayış nəticəsində ölənlər olub

Suriyanın şimalında yerləşən İdlib şəhərinin mərkəzindəki stadion yaxınlığında baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, bir nəfər yaralanıb.

İdlibdəki sivil müdafiə müdiri Məhəmməd Hac Yusif şəhər mərkəzində yerləşən stadion yaxınlığında birdən artıq partlayışın baş verdiyini bildirib.

Müdir xəstəxanaya yerləşdirilən xəstələrin vəziyyətinin ağır olduğunu, partlayışdan sonra baş verən yanğının söndürüldüyünü söyləyib.  

Partlayışların səbəbini hələ də bilmədiklərini deyən Yusif hadisə ilə əlaqəli istintaqın davam etdiyini dilə gətirib.



Әlaqәli Xәbәrlәr