Misirdə 296 şəxsin adı terror siyahısına salındı

Misir məhkəməsi "Müsəlman Qardaşları" təşkilatının (İhvan) Rəhbərlik Şurasının sədri Məhəmməd Bediinin yerinə vəzifədə olan Mahmud İzzətin də aralarında olduğu 296 nəfərin terror siyahısına salınmasına dair qərar verdi.

799004
Misirdə 296 şəxsin adı terror siyahısına salındı

 Qahirə Cəza Məhkəməsi "Müsəlman Qardaşları" təşkilatının (İhvan) Rəhbərlik Şurasının sədri Məhəmməd Bediinin yerinə vəzifədə olan Mahmud İzzətin, İhvan Rəhbərlik Şurasının sədr müavini İbrahim Munirin, İhvan səlahiyyətlilərindən Məhəmməd Əbdürrəhman əl-Mursinin və İhvanın Şura Məclisinin üzvü Məhəmməd Camal Əzəmətin də aralarında olduğu 296 nəfərin terror siyahısına salınması barədə hökm verdi.

 Məhkəmənin qərarı rəsmi qəzetdə dərc olundu.
 
 Qanunlara görə, qərarın rəsmi qəzetdə dərc olunması tarixindən etibarən 60 gün müddətində kassasiya məhkəməsinə onunla bağlı şikayət verilə bilər.



Әlaqәli Xәbәrlәr