Suriyada bir vətəndaş da rejim hücumunun qurbanı oldu

Suriyada Bəşər Əsəd rejiminin qüvvələri Humusa hücum təşkil etdilər.

794822
Suriyada bir vətəndaş da rejim hücumunun qurbanı oldu

Suriyada Bəşər Əsəd rejiminin Humusa təşkil etdiyi hücumlarda bir vətəndaş öldürüldü.

Hümusun Hola bölgəsinin Teldu şəhərindəki xəstəxananın müdiri doktor Adil Bekkar Əsəd rejiminin Holadakı yaşayış məntəqələrinə iki hava hücumu keçirdiyini, qadınlar və uşaqlar da daxil olmaqla, 15 nəfərin bombardımanda yaralandığını bildirdi.

Sığınacaqda gizlənmiş insanların hədəfə alındıqlarını qeyd edən Bekkar yaralananları dağıntıların altından çıxara bildiklərini və yaralıların bədənlərində çoxsaylı sınıqlar olduğunu söylədi.

Yerli mənbələrdən alınan məlumata görə, Əsəd rejimi qüvvələri Humusun Ganto kəndinə də artilleriya hücumları edib. Hücumda ölən və yaralanan olmayıb.

Humusun Rastan rayonunda bir adam evinin yaxınlığında rejim snayperi tərəfindən vurularaq öldürülüb.

 

 



Әlaqәli Xәbәrlәr