30 mindən artıq dinc vətəndaş təhlükəsiz bölgələrə qaçıb

BMT-nin İraqa yardım missiyası (UNAMI) Telafəri DEAŞ-dan xilasetmə əməliyyatının başlanması ilə 30 mindən artıq dinc vətəndaşın təhlükəsiz yerlərə qaçdığını bildirib.

793393

BMT-nin İraq üzrə humanitar yardım koordinatörü Lise Grande yaydığı bəyanatda minlərlə insanın Telafəri tərk etdiyini, toqquşmalardan qaçanların isti hava şəraitinə baxmayaraq 10-20 saatlıq yol getmək məcburiyyətində qaldığını ifadə edib.

Grande bildirib ki, 30 mindən artıq insan bölgəni tərk etdi. Toqquşmaların yaşandığı bölgələrdəki dinc vətəndaşın vəziyyətinə dair əlimizdə məlumat yoxdur. Missiya yaxın gün və həftələrdə minlərlə dinc sakinin bölgədən təxliyyəsi üçün hazırlıqlar görür.

Humanitar yardım missiyasının nümayəndəsi su və ərzaq olmadığına görə şəhərdə sakinlərin ölə biləcəyi barədə xəbərdarlıq da edib.

Әlaqәli Xәbәrlәr