PYD Suriyada insanlıq əleyhinə cinayət əməlləri törətməkdə davam edir

PKK terror təşkilatının Suriyadakı qolu PYD hər kəsin gözü qabağında bu ölkədə insanlıq əleyhinə cinayət əməlləri törətməkdə davam edir.

790483

Daha əvvəl Suriyada işğal etdiyi bölgələrdəki yerli əhaliyə təzyiq edərək ev-eşiyindən çıxaran terror təşkilatı indi isə Hələbin şimalında bir ana ilə üç uşağını təzyiqlə evindən çıxarıb.

İki uşağı serebral iflic xəstəsi olan suriyalı ana PKK terrorundan qaçaraq, təhlükəsiz olduğuna görə Hələbin şimalında Türkiyə sərhədindəki Mare qəsəbəsinə sığınıb.

PKK/PYD Hələbin şimalında işğal etdiyi Şehba bölgəsinin Samuka kəndində yaşayan 39 yaşındakı Ayşe Hüseyn əl Şuaybini üç uşağı ilə evini tərk etməyə məcbur edib.

Üç uşağı olan qadın PYD-nin evlərində onları narahat etdiyini və evlərini bombalamaqda təhdid etdiyini deyib.

Әlaqәli Xәbәrlәr