İran silahlı qüvvələrinin Baş qərargah rəesi general Məhəmməd Baqiri Türkiyədə səfərdədir

General Məhəmməd Baqir Türkiyəyə səfəri çərçivəsində paytaxt Ankarada Baş qərargah Başçısı General Hulusi Akar tərəfindən qarşılanıb.

790168
İran silahlı qüvvələrinin Baş qərargah rəesi general Məhəmməd Baqiri Türkiyədə səfərdədir

Baqiri və onu müşayiət edən nümayəndə heyəti üç gün davam edəcək səfər çərçivəsndə yüksək səviyyəli hərbi və siyasi rəsmilərlə görüşəcək. Danışıqlarda müdafiə sahəsindəki ikitərəfli əlaqələr və sərhəd əməkdaşlığı kimi mövzular müzakirə olunacaq. Terrora qarşı mübarizə mövzusu da gündəmə daxil ediləcək.

İranlı general Baqiri, ötən ay verdiyi açıqlamada İraq Kürd Regional Rəhbərliyinin, İraq mərkəzi hökümətdən ayrılmasını nəzərdə tutan müstəqillik mövzusunu referanduma çıxarma qərarının qəbul edilməz olduğunu bildirmişdi.



Әlaqәli Xәbәrlәr