İranın Baş Qərargah rəisi ordu generalı avqustun 15-də Türkiyəyə səfərə gəlir

İranın Baş Qərargah rəisi ordu generalı Məhəmməd Bakıri Türkiyənin ordu generalı Hulusi Akar ilə görüş keçirmək məqsədi ilə sabah ölkəmizdə səfərdə olacaq.

789624

İranın rəsmi xəbər agentliyi “İRNA”nın məlumatına əsasən, İran heyəti üçün gün davam edəcək Türkiyədəki görüşləri çərçivəsində yüksək səviyyəli hərbi və siyasi xadimlərlə görüşlər keçirəcək.

Qonaq ordu generalının səfəri zamanı regional əhvalatlar, müdafiə sahəsindəki ikitərəfli əlaqələr və sərhəd əməkdaşlığı mövzularının əsas məsələlər kimi müzakirə olunacağı bildirilib.  

Ordu generalı Akar ilə İranın ordu generalı Bakırinin görüşündə ən önəmli mövzu terrorla mübarizə olacaq.

Qeyd edək ki, ordu generalı Bakıri keçən ay yaydığı bəyanatda İraq Kürd Regional İdarənin İraqdan ayrılmasını nəzərdə tutan müstəqillik referendumunu “qəbuledilməz” olaraq dəyərləndirmişdi.

Әlaqәli Xәbәrlәr