"Rusiya nüvə silahlı Şimali Koreyanı qəbul etmir", S.Lavrov

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Şimali Koreyanın nüvə silahının olmasını Rusiyanın qəbul etmədiyini söyləyib.

788532
"Rusiya nüvə silahlı Şimali Koreyanı qəbul etmir", S.Lavrov

  Rusiyanın Vladimir bölgəsində iştirak etdiyi forumda çıxışı zamanı S.Lavrov deyib: "Şimali Koreya nüvə silahlarının yayılmasının qarşısını almaq üçün müqavilə imzalamışdı, amma 11 iyuldan etibarən geri çəkildi. Bu gün Pyonqyanq nüvə silahı istehsal etmək üçün bütün qanuni hüquqlara sahib olduğunu söyləyir. Amma Rusiya nüvə silahlı Şimali Koreyanı qəbul etmir… Rusiya və Çin çox sayda insan qırğınına səbəb olacaq böhranın dərinləşməsinin qarşısını almaq üçün bir sıra təkliflər irəli sürüb. Çünki ABŞ və Şimali Koreya arasındakı gərginlik belə davam edərsə, sonu müharibəyə çıxacaq.”



Әlaqәli Xәbәrlәr