Qətər 80 ölkənin vətəndaşları üçün sərbəst viza imkanı yaratdı

Sərbəst viza rejimi tətbiq olunacaq ölkələrin siyahısına mərhələli şəkildə yeni ölkələr də əlavə olunacaq.

786770
Qətər 80 ölkənin vətəndaşları üçün sərbəst viza imkanı yaratdı

 Qətər Turizm İdarəsi, Qətər Hava Yolları və  Daxili İşlər Nazirliyinin əməkdaşları paytaxt Dohada birgə mətbuat konfransı keçirdilər.
 
Mətbuat konfransında danışan Turizm İdarəsinin Turizmi İnkişaf Etdirmək Sektorunun sədri Həsən əl-İbrahimi Qətər rəhbərliyinin 80 ölkəyə sərbəst viza rejimi tətbiq edərək turizm sahəsində tarixi bir dəyişiklik həyata keçirdiyini söylədi.
 
Sərbəst viza rejimi tətbiq olunacaq ölkələrin müəyyən meyarlara görə seçildiyini qeyd edən İbrahimi araşdırmaların davam edəcəyini və siyahıya mərhələli şəkildə yeni ölkələrin əlavə olunacağı barədə məlumat verdi.
 
 Hamed Beynəlxalq Hava Limanı Pasport Nəzarəti Şöbəsinin rəisi, polkovnik Raşid əl-Mezrui isə sərbəst viza rejimi tətbiq olunan ölkələrin vətəndaşlarının Qətərə girişləri zamanı pul ödəməyəcəklərini bildirdi.
 



Әlaqәli Xәbәrlәr