İsrail Qəzza Zolağına hücum təşkil edib

İsrail ordusunun Qəzza Zolağının şimalına istiqamətli avia hücumları nəticəsində biri ağır 3 Fələstinli yaralanıb.

786340
İsrail Qəzza Zolağına hücum təşkil edib

Şəfa Xəstəxanası Xəstə Qəbul və Təcili Tibbi Xidmət Şobəsinin direktörü Eymen əs-Sahbaninin məlumatına görə İsrailin Qəzza Zolağının şimalına təşkil etdiyi hücum nəticəsində 3 Fələstinli xəsarət alıb. O bildirib ki İsrailin zərbələri nəticəsində yaralanan Fələstinlilərdən birinin vəziyyəti ağırdır.

Həmasın sözçüsü Fevzi Bərhumda İsrailin Qəzzanı hədəf götürən hava hücumunu pisləyib.

İsrail ordusu isə hava hücumu ilə əlaqəli rəsmi açıqlama verməyib.

İsrail Kanal 2 televiziyasının xəbərinə görə Qəzza sərhədində yerləşən Askalan şəhərində açıq bir əraziyə raket atılıb. Həmin hücuma görə məsuuliyyəti

 Qəzza Zolağındakı heç bir qrup üzərinə götürməyib.



Әlaqәli Xәbәrlәr