İsrail müdafiə  nazirinin maşın karvanına hücum edilib

İsraildə, Haredi yəhudilərinin  yaşadıqları  Qərbi Qüdsü ziyarət  edən   müdafiə naziri Aviqdor Libermanın maşın karvanına hücum təşkil  edilib.

786378
İsrail müdafiə  nazirinin maşın karvanına hücum edilib

Mühafizəçilər müdafiə nazirini dərhal həmin ərazidən çıxarıblar. Hücumu  Haredi yəhudiləri  törədib.

İsrail polisinin  məlumatına  görə,  hadisə   zamanı    polis əməkdaşları dindar yəhudiləri ərazidən uzaqlaşdırarkən bir qız başından yaralanıb.

Qeyd edək ki, İsrail əhalisinin 10 faizini təşkil edən Haredi yəhudiləri cəmiyyətdə intiriqa aparan qrup kimi tanınır. Əsasən Qüds və Bnei Brak şəhərlərində yaşayan dindar yəhudilər dini etiqatlarını yerinə yetirə bilməyəcəklərinə görə hərbi xidmətə getmək istəmirlər. Bu dindar yəhudilər öz aralarından hərbi xidmətə getmək istəyənlərə də hücum edir, onları fikirlərindən döndərməyə çalışırlar.

Haredilər dünyəvi təhsil sistemini də qəbul etmirlər. Onların övladları dini məktəblərdə təhsil alırlar.

 



Әlaqәli Xәbәrlәr