İrana məxsus pilotsuz uçuş aparatının təhlükəli hərəkəti

Bəsra Körfəzində İrana məxsus pilotsuz uçuş aparatı ABŞ-na məxsus F/A-18 növ qırıcı təyyarəyə təhlükəli şəkildə yaxınlaşıb.

786332
İrana məxsus pilotsuz uçuş aparatının təhlükəli hərəkəti

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı İrana məxsus pilotsuz uçuş aparatının xəbərdarlıqlara baxmayaraq ölkəsinə məxsus F/A-18 növ qırıcı təyyarəyə yaxınlaşdığını bildirdi.

ABŞ Donanma Komandirliyi söçzüçü mayor Bill Urban İrana məxsus pilotsuz uçuş aparatı ilə ölkəsinə məxsus qırıcı arasında “professional olmayan təhlükəli” qarşılaşma olduğunu vurğulayıb.

Urban İrana məxsus pilotsuz uçuş aparatına dəfələrlə xəbərdarlıq edildiyini, ancaq aparatın qırıcıya yaxınlaşmaqda davam etdiyini irəli sürüb və bunun beynəlxalq qaydalara zidd olduğunu deyib.

ABŞ Donanma Komandirliyi söçzüçü mayor Bill Urban İran Dəniz Qüvvələrinin ABŞ-ın bölgədəki qüvvələrinə bu il 13 dəfə təhlükəli şəkildə yaxınlaşdığını da xatırladıb.



Әlaqәli Xәbәrlәr