İranda Suriya ilə əlaqədar ekspertlər toplantısı keçirilir

Toplantıda Türkiyə, İran və Rusiya ilə bərabər, Birləşmiş Nillətlər Təşkilatının nümayəndələri də iştirak edirlər.

785960
İranda Suriya ilə əlaqədar ekspertlər toplantısı keçirilir

Suriya böhranının həlli yolları axtarışında olan Astana ekspertlər toplantısı İranın paytaxtı Tehranda İran Xarici İşlər Nazirliyinin Təhsil-Təlim Mərkəzində başladı.

Toplantıya Türkiyə, İran və Rusiya ilə bərabər, Birləşmiş Nillətlər Təşkilatının nümayəndələri də qatıldılar.

Toplantı iki gün davam edəcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov həftə sonunda verdiyi açıqlamada:"Türkiyə, Rusiya və İran nümayəndələri Suriyada deeskalasiya bölgələrinin gücləndirilməsi ilə əlaqədar 8-9 avqust tarixlərində  Tehranda olacaqlar" demişdi.

Rusiyanın xarici işlər naziri İdlibdə ən böyük və bəlkə də, ən çətin bölgənin yaradılması istiqamətində işlərin davam etdirildiyini də qeyd etmişdi.

 

 

 

 



Әlaqәli Xәbәrlәr