Yəməndə hava hücumları həyata keçirildi, ölən və yaralananlar var

Yəmənin Səda şəhərini hədəf alan hava hücumlarında 12 nəfər öldü, 10 nəfər yaralandı.

784445
Yəməndə hava hücumları həyata keçirildi, ölən və yaralananlar var

Yəmənin Səda şəhərini hədəf alan hava hücumlarında 12 nəfər öldü, 10 nəfər yaralandı.
 
 Birləşmiş Millətlər Təşkilatının Yəmən üzrə humanitar yardım koordinatoru Jamie McGoldrick hücumlarla bağlı açıqlama yaydı.
Açıqlamada BMT İnsan Haqları Üzrə Ali Komissarlığının araşdırmasının davam etdirildiyi bildirilir, Husilərin nəzarətindəki bu şəhərdə mülki vətəndaşları hədəf alan hücum xəbərlərindən dərin narahatlıq keçirildiyi ifadə edilir.
 
 McGoldrick açıqlamada Yəməndə döyüşən tərəflərin vətəndaşlara məhəl qoymamasını qınayır, bunlara son verilməsi üçün tərəfləri yenidən danışıqlar masasına oturmağa dəvət edir.
 
Qeyd edək ki, dünən Husilər Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələrini Sədada mülki vətəndaşları hədəf almaqda günahlandırmışdı. Koalisiya qüvvələri isə məsələ ilə bağlı hələ ki,heç bir açıqlama verməyib.



Әlaqәli Xәbәrlәr