Espen Bart Eide Kıbrısa son rəsmi səfərini edib

İsveçrənin  Krans Montana şəhərindəki Kıbrıs müzakirələrinin  uğursuzluqla nəticələnməsindən sonra BMT baş katibinin Kıbrıs üzrə xüsusi elçisi Espen Bart Eide  Kıbrısa son rəsmi səfərini edib.

783402

Espen Bart  Eide səfəri çərçivəsində ilk olaraq Rum icmasının lideri Nikos Anastasiadis  ilə görüşüb.  Eide daha sonra Şimali Kıbrıs Türk Respublikasının prezidenti Mustafa Akıncı ilə bir araya gəlib.

Görüşlərdən sonra jurnalistlərə açıqlama verən Espen Bart Eide Kıbrısdan gözəl xatirələr və dostluqlarla ayrıldığını deyib.

O, bildirib ki: ‘‘Həll üçün atılacaq addımlara  dəstək verməyə davam edəcəyik’’.

Qeyd edək ki, norveçli diplomat şərəfinə veriləcək vida yeməyinə qatılacaq və adadan ayrılacaq. 

Әlaqәli Xәbәrlәr