Suriyada iyul ayında keçirilәn hücumlar nәticәsindә 481 nәfәr hәlak olub

Bu barәdә  ‘‘Rakka sәssizcә mәhv edilir’’ adlı yerli aktivist şәbәkәsi mәlumat yayıb.

782668
Suriyada iyul ayında keçirilәn hücumlar nәticәsindә 481 nәfәr hәlak olub

Suriyanın şimalında yerlәşәn vә  terror təşkilatı DEAŞ-ın nәzarәtindә olan Rakka şәhәrinә iyul ayında tәşkil edilәn hücumlar nәticәsindә 481 dinc sakin hәlak olub.

Bu barәdә  ‘‘Rakka sәssizcә mәhv edilir’’ adlı yerli aktivist şәbәkәsi mәlumat yayıb.

Mәlumatda ABŞ rәhbәrliyindәki beynәlxalq koalisiya qüvvәlәrinin hәyata keçirdiyi  633 hava hücumu nәticәsindә 189 mülki vәtәndaşın  hәlak olduğu bildirilib.

Rusiyanın keçirdiyi 440 hava әmәliyyatı nәticәsindә isә 126 mülki vәtәndaşın öldüyü ifadә edilib.

Terror tәşkilatı PKK/PYD-nin hәyata keçirdiyi hücumları  nәticәsindә 121, DEAŞ-ın hücumları nәticәsindә isә 36  vәtәndaşın hәlak olduğu vurğulanıb

Namәlum şәxslәrin törәtdiyi hücumlar nәticәsindә isә 9 nәfәrin öldüyü bildirilib.

İnsan Hüquqları üzrә Suriya Tәşkilatının  iyul ayının sonunda verdiyi açıqlamaya görә,  son 8 ayda Rakkada keçirilәn hücumlar nәticәsindә 308-i uşaq, 203-ü dә qadın olmaqla azı 1400 mülki vәtәndaş hәlak olub.



Әlaqәli Xәbәrlәr