İslam Əməkdaşlıq Təşkilatı İsraili qınayıb

İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin Fövqəladə İcra Komitəsi yığıncağı ötən gün İstanbulda keçirilib. Yığıncaqda İsrailin son dövrdə izlədiyi provokatif siyasət kəskin dillə qınanıb.

781956
İslam Əməkdaşlıq Təşkilatı İsraili qınayıb

Hərəm-i Şərif ilə əlaqəli cərəyan edən son prosesləri müzakirə etmək məqsədiylə Türkiyənin çağırışına görə dünən İstanbulda baş tutan Xarici İşlər Nazirlərinin Fövqəladə İcra Komitəsi yığıncağının yekun bildirişində Qüdsün İslam hakimiyyəti dövründəki qardaşlıq və yaxşı niyyətə diqqət çəkilib. Məscidi-i Əqsanın müsəlmanların ilk qibləsi və ən müqəddəs üç məscidindən biri olduğu  qeyd  edilib. "Məscidi-i Əqsanın bağlanılmasının, Fələstinli müsəlman və xristianların təbii haqqı olan müqəddəs yerlərdə ibadət azadlıqlarının, kütləvi cəza tətbiqləri və sülh çərçivəsində ibadət edən Fələstinlilərə qarşı zorakılıq və gücdən istifadə  də  daxil  olmaqla  İsrailin  provokativ  hərəkətlərinin qınandığı  vurğulanıb.  



Әlaqәli Xәbәrlәr