Yəməndə 4,5 milyon uşaq təhsildən məhrum ola bilər

Yəməndə müəllimlərin bir illik maaşları ödənməzsə, yeni tədris ilində təxminən 4,5 milyon uşaq təhsil ala bilməyəcək.

781396
Yəməndə 4,5 milyon uşaq təhsildən məhrum ola bilər

UNİCEF Yəməndə məktəb müəllimlərinin maaşlarının ödənə bilinməməsi halında təxminən 4,5 milyon şagirdin təhsil aldığı bir sıra məktəbin yeni tədris ilində qapılarının bağlı qalacağı barədə xəbərdarlıq etdi.

Hökümət əleyhdarı olan Husilərin nəzarətində olan bölgələrdə gəlir mənbələrinin ələ keçirilməsi səbəbindən Təhsil Nazirliyinə tabe olan dövlət işçilərinin və müəllimlərin keçən ilin son aylarından etibarən maaşlarını ala bilmədikləri bildirilir.

Paytaxt Sanadakı Təlim-Təhsil Həmkarlar İttifaqı da müəllimlərin 9 aydır maaşsız işlədiklərini qeyd edərək, təhsil işçilərini açıq tətil keirməyə çağırmışdı.

Yəmən iki ildən çoxdur ki, Husilər və onlara dəstək verən devrilmiş prezident Əli Abdullah Salih ilə qanuni hökumət qüvvələri arasındakı toqquşmalara səhnə olur.

 



Әlaqәli Xәbәrlәr