"Telafer əməliyyatına Haşdi Şabi və Haşdi Aşair də qatılır", H.İbadi

İraqda terror təşkilatı DAEŞ-lə mübarizə davam edir.

780225
"Telafer əməliyyatına Haşdi Şabi və Haşdi Aşair də qatılır", H.İbadi

  İraqın Baş naziri Heydər İbadi Telaferi terror təşkilatı DAEŞ-dən qurtarma əməliyyatına Haşdi Şabi milis qüvvəsinin də qatılacağını açıqlayıb.

  Paytaxt Bağdadda çıxışı zamanı İraqın Baş naziri deyib: "Telaferin qurtarılması əməliyyatına bütün təhlükəsizlik qüvvələri, o cümlədən, Haşdi Şabi və Haşdi Aşair də qatılır."

  Haşdi Şabi İrana yaxınlığı bilinən hərbi birlikdir.

  Qeyd edək ki, Telafer Mosulun 63 kilometr qərbində, Türkiyə sərhədinin 82 kilometr cənubunda yerləşir, əhalisinin əksəriyyəti türkmənlərdən ibarətdir. Şəhər 16 iyun 2014-cü ildən terror təşkilatı DAEŞ-in idarəsində altındadır.



Әlaqәli Xәbәrlәr